“Bəqərə” surəsi, ayə-21.
2024-06-30 16:52:04

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Mövzu: İnsanlara xita ayələrindən çıxarış. “Bəqərə” surəsi, ayə-21.

 

“Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız!”

 

1. İbadətin vacibliyinə dəlalət edir. İnsanı yaradan Allahdır, insanlar ona ibadət etməlidir: “...Rəbbinizə ibadət edin...”.

 

2. İbadət təqva qazanmaq üçündür. Bəndə olmaq və Allaha ibadət etmək təqvaya nail olmaq üçün əsasdır: “...Rəbbinizə ibadət edin ki, müttəqi olasınız!”.

 

3. İnsan təqvalı olmalıdır. Təqva dərəcəsinə çatmaq insanın məqsədidir: “Ey insanlar! .... müttəqi olasınız!”.

 

4. Allahla bəndənin ibadəti arasında əlaqə vardır. Başqa sözlə desək, yaradıcılıq ilə ibadət arasında əlaqə var. Çünki ibadət haqq-ədalət və yaradılış üzərində qurulur: “... Sizi ... yaratmış Rəbbinizə ibadət edin...”.

 

5. Allahın sifətlərinə diqqət yetirmək insanın bəndəliyinə səbəb olur. Allahın yaradıcılığına və Rəbbinə diqqət yetirmək insanın Allaha qulluq etmək istəyinin səbəbi olur. Görünür, Allahın yaratmasının təsviri ibadətə həvəs yaratmaqdır: “...Sizi...yaratmış Rəbbinizə ibadət edin...”.

 

6. İnsan öz varlığına və Allahın nemətinə diqqət etməlidir. İnsanın öz varlığının nemətinə diqqət yetirməsi və yaradana bəndəliyini bildirməsi lazımdır: “...Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin...”.

 

7. Allah heç bir şeyi boş yerə yaratmayıb. Allahın əməlləri məqsədyönlüdür: “...Sizi və sizdən əvvəlkiləri yaratmış... ki, müttəqi olasınız!”.

 

8. İbadətdən məqsəd Allahı zikr etmək, Onun əmr və qadağalarına əməl yetirməkdir: “...Rəbbinizə ibadət edin ki, müttəqi olasınız!”.

 

9. İbadət bütün insanlar üçündür: “Ey insanlar!...Rəbbinizə ibadət edin...”.

 

10. İbadətin səbəblərindən və fəlsəfəsindən biri də nemətlərin vəlisinə şükür etməkdir: “...Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin...”.

 

11. Ən böyük nemətlər yaradılış nemətləridir və bütün insanlar üçün birinci nizam ibadətdir: “...Sizi ... yaratmış Rəbbinizə ibadət edin...”.

 

12. İbadət təqvanın səbəbidir. İbadət bizdə təqva yaratmazsa, ibadət deyildir: “...Rəbbinizə ibadət edin ki, müttəqi olasınız!”

 

13. Atalarınızın azğınlığı sizi ibadətdən döndərsin, çünki onlar da yaradılmışdır: “...Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə...”.

 

14. İbadətinizlə fəxr etməyin, bəlkə təqvalı ola bilərsiniz: “...Rəbbinizə ibadət edin ki, müttəqi olasınız!”

 

Vəssəlamu ələykum Rəhmətullahi və Bərəkatuh.

 

Ustad Hacı Elşən Badkubei.

 

  • Namaz Vaxtları
  • Namazın Təqibatı
  • Dualar və əməllər
  • İslam Təqvimi
Tarix: 19/02/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.