“Bəqərə” surəsi, ayə-168.
2024-07-01 08:51:53
Bismillahir-Rəhmanir-Rəhim
Mövzu: İnsanlara xita ayələrindən çıxarış.
“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın addımları ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.”
1. Hər şey insanlar üçün yaradılmışdır. Yer üzündə olanlardan istifadə etmək icazəsi bütün insanlar üçündür. “Ey insanlar! Yer üzündəki…”.
2. Nə qədər ki, bir şeyin haram olmasına dəlil yoxdur, ümumi qayda hər şeyin halal olmasıdır. “…təmiz, halal olanlarını yeyin…”.
3. İnsan Allahın halal buyurduğu nemətlərdən özünü məhrum etməməlidir. “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin,…”.
4. İnsanın təbii ehtiyacları İslamın diqqətindədir. “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin,…”.
5. Yer üzündə olan şeylərdə birinci qayda onların halal olmasıdır. Əgər bir şeyin halal və ya haramında şəkk olarsa, bu ayəyə əsasən ondan istifadə etmək olar. “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin,…”.
6. Halal olan hər-hansı bir şey, insan fitrətinə uyğun gələndir. “Ey insanlar! Yer üzündəki qidaların təmiz,… olanlarını yeyin,…”. Mübarək ayədə qey olunan, “…Təmiz,…” sözü, insan fitrətinə uyğun və mülayim olan bir şey deməkdir.
7. Allahın halal nemətlərini özünə haram etmək gərəksiz zahidlik və şeytana tabe olmaqdır. “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin!...”
8. Şeytandan çəkinməyin vacibliyinə işarə edir. “…Şeytanın izi ilə getməyin!...”.
9. Şeytan insanı yavaş-yavaş tam süquta sürükləyir. Sözün “…addımları…” cəm halında gəlməsi şeytanın insanları azdırmaq planının tədrici və mərhələli olduğunu göstərə bilər.
10. Şeytan insanları azdırmaq üçün hiyləgər üsullardan istifadə edir. “…Şeytanın addımları ilə getməyin!...”.
11. Haram və pis şeylər yemək şeytana itaət etməkdir. “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, (haram şeylər yeməklər) Şeytanın addımları ilə getməyin!...”.
12. Şeytan insanın aşkar düşmənidir. “Ey insanlar!…Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.”.
13. İslamın sağlam qidalanmağa diqqəti “…Yer üzündəki qidaların təmiz…yeyin” cümləsindən əldə olunur.
14. İstehlak üçün əsas şərt: a) Halal. b) Məmnun olmaq kifayətdir. “…Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin,…”.
15. Şeytan insanı addım-addım azdırır, ilk addımdan diqqətli olmaq lazımdır. “…Şeytanın addımları ilə getməyin!...”.
16. Adətən, Quranda istehlaka icazə verilməməsi şərti qeyd edilmişdir. Yəni istehlak olunan şey, istehlak edənə halal və onun zövqünə uyğyn olmalıdır. “…təmiz, halal olanlarını yeyin,…”.
17. İslam bəzi ayinlərin əleyhinədir. “…təmiz, halal olanlarını yeyin,…”.
Vəssəlamu ələykum Rəhmətullahi və Bərəkatuh.
Ustad Hacı Elşən Badkubei.
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 07/11/2024
SÜBH AZANI 5:45
GÜN ÇIXMA 7:16
ZÖHÜR AZANI 12:24
GÜN BATMA 17:31
MƏĞRİB AZANI 17:52
GECƏ YARISI 23:38
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz