“Nisa” surəsi, ayə-1.

2024-07-01 16:07:31
Bismillahir-Rəhmanir-Rəhim
“Nisa” surəsi, ayə-1.
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”
1. Bütün insanlar təqva və Allahdan itaətə riayət etməklə məsuldurlar. “Ey insanlar!... Rəbbinizdən qorxun!...”.
2. İnsanın yaradılması və işlərinin idarə olunması Allahın əlindədir. Yəni sizi yaratdığına və işlərinizi nizama saldığına görə sizin üçün təqvalı olmaq və onun əmrlərini yerinə yetirmək lazımdır. “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!”
3. İnsanları tərbiyə etməkdə məqsəd təqvaya riayət etməkdir. Yəni, sizi tərbiyə etmək və doğru yola yönəltmək üçün təqvaya əmr etmişdir. “...Rəbbinizdən qorxun!...”.
4. Allah insanları tək bir şəxsdən (Adəm) yaradandır. “...Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən,...”.
5. İnsanların tək bir şəxsdən yaradılması və yaradılışında fərqliliklərin olmaması Allahın onlar üzərindəki hökmranlığının təcəssümüdür. “...Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən,...”.
6. Allah ilk kişinin arvadını özündən yaratmışdır. “...Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan...”.
7. Kişilər və qadınlar ilahi qanunlar qarşısında məsuliyyət daşıyırlar. “...Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan...Rəbbinizdən qorxun!...”. Bu, bütün insanların eyni nəsildən olduğunu bildirməklə yanaşı, yaradılışda onlar arasında heç bir fərq və ayrı-seçkiliyin olmadığını və buna görə də hər kəsin təqvaya riayət etməyə borclu olduğunu bildirir.
8. Allah bir kişi və qadından (Adəm və Həvva) bir çox kişi və qadını (insan irqini) yaradandır. “...Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən...”.
9. “...və onlardan da bir çox kişi və qadınlar törədən...” cümləsi, onu göstərir ki, Adəm və Həvvadan başqa heç bir varlıq, məsələn, mələklər və ya əvvəlki nəsillərdən qalan insanlar bəşər övladının çoxalmasına müdaxilə etməmişdir. Buna görə də insan nəslinin çoxalması Adəmin övladlarının bir-biri ilə evlənməsi ilə həyata keçirilmişdir.
10. İnsanların Allah adına bir-birlərinə yalvarması Allah adının məşhurluğuna və böyüklüyünə işarədir. “...(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan,...”.
11. Peyğəmbər (s) dövründə Allaha and içməyin üstünlük təşkil edirdi. “...(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan,...”.
12. Allaha qarşı etinasızlıq, andlarda onun adı çəkilməsinə baxmayaraq, qəbuledilməz və gözləniləndən uzaqdır. “...(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan,...”.
13. Allaha and içmək icazəlidir. və habelə “Allaha and verirəm belə et” Quranın təsdiq etdiyi and növüdür. “...(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan,...”.
14. Qohumlara diqqət və qayğı göstərmək lazımdır. “...həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin!...”.
15. Bütün insanlar bir-biri ilə qohumdurlar. “Ey insanlar!...qohumluq əlaqələrini kəsməkdən həzər edin!...”.
16. Allah insan üzərində daimi nəzarətdədir. “...Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”.
17. Allahın daimi nəzarətindən xəbərdar olmaq, Allahın təqvasına riayət etmək və qohumlara diqqət yetirmək üçün bir başlanğıcdır. “....qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”.
18. Allahın fasiq və mərhəmətsiz insanlara xəbərdarlıq etməsi. “...Rəbbinizdən qorxun!...qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”.
19. Peyğəmbərin (s) yaxınlarına qayğı göstərmək, ona sevgi və hörmət göstərmək lazımdır. “Ey insanlar!...Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin!...”.
20. “Nisa” (Ailə) surəsinin başlanğıcı təqvaya əmr etməklə başlamışdır, yəni ailənin əsası təqva üzərindədir. “Ey insanlar!...Rəbbinizdən qorxun!...”.
21. Sizin yaradılışınız və tərbiyəniz Allahın əlindədir, ona görə də itaət də Ona olmalıdır. “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!...”.
22. Bütün insanlar mahiyyətcə eynidir, ona görə də hər cür linqvistik, regional və s... nifrəti qadağandır. “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən...”.
23. Tərbiyyədə həm şəfqət, həm də qətiyyət lazımdır, amma şəfqət hər şeydən əvvəl gəlir. “Ey insanlar!...Rəbbinizdən qorxun!...”.
24. Ər və arvad yaradılışda bərabərdirlər. Həvva Adəmin qalıqlarından yaradılmışdır. “...ondan zövcəsini (Həvvanı) yaradan...”.
25. İnsanlarda ana və ata birliyi var. “...və onlardan da bir çox kişi və qadınlar törədən...”.
26. İnsanın mövcud nəsli Adəm və onun zövcəsindəndir və başqa nəsli yox idi. “...və onlardan da bir çox kişi və qadınlar törədən...”.
27. Tərbiyə məsələlərində təkrar prinsipdir. Çünki bu ayədə eyni mənada olan “...qorxun!...həzər edin!...” təkrar olunur.
Ğəfərəllahu li və ləkum İnşəallah.
Ustad Hacı Elşən Badkubei.
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 19/03/2025
SÜBH AZANI 6:20
GÜN ÇIXMA 7:52
ZÖHÜR AZANI 12:45
GÜN BATMA 17:56
MƏĞRİB AZANI 18:17
GECƏ YARISI 0:8
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz