![](images/jf3109.jpg)
Rəhman və Rəhim olan Allahın adı ilə.
Mövzu: Həzrət Zəhranın (s) evinə hücum və döyülməsi haqda tarixi faklar.
Əhli-Sünnü alimlərindən olan İbn Qutibə “Əl-İmamə və əs-Siyasə” kitabında Hz. Zəhranın (s) evinə edilən hücum hadisəsini belə nəql etmişdir:
ثم قام عمر، فمشى معه جماعة، حتى أتوا باب فاطمة، فدقوا الباب، فلما سمعت أصواتهم نادت بأعلى صوتها: يا أبت يا رسول الله، ماذا لقينا بعدك من ابن الخطاب وابن أبی قحافة، فلما سمع القوم صوتها وبكاءها، انصرفوا باكين، وكادت قلوبهم تنصدع، وأكبادهم تنفطر، وبقی عمر ومعه قوم، فأخرجوا عليا، فمضوا به إلى أبي بكر
Tərcümə: Sonra Ömər ayağa qalxıb bir dəstə ilə Fatimənin evinin qapısına getdi və qapını döydü. Fatimə onların səsini eşidən kimi ucadan qışqırdı: “Ata, ey Allahın Rəsulu, gör səndən sonra İbn Xəttab və İbn Əbi Qəhəfə bizə nə edirlər?. Camaat Fatimənin ağlayan səsini eşidib ağlaya-ağlaya geri qayıtdılar. Onların ürəkləri, ciyərləri partlamaq üzrə idi. Amma Ömər və dəstəsi qaldılar və nəhayət Əlini zorla evdən çıxarıb Əbu Bəkrin yanına gətirdilər.
Həmçinin, mötəzili alimi və mühəddis, nəzm və nəsrdəki kəlamının gözəlliyinə görə “Nəzzəm” adı ilə tanınan İbrahim bin Siyar Nəzzam bir neçə kitabda Fatimənin (s) evinə hücum hadisəsini belə nəql edir:
«إِنَّ عُمَرَ ضَرَبَ بَطْنَ فاطِمَةَ يَوْمَ الْبَيْعَةِ حَتّى ألْقَتِ الْمُحْسِنَ مِنْ بَطْنِها»
Əbu Bəkrə beyət etdiyi gün Ömər Fatimənin qarnına vurdu, adı Möhsün olan uşağ bətnindən düşürdü.
(İstinad: Əl-Vafi Balofiat, Safadi, Salahud-Din, araşdırma: Əhməd Arnaut və Turki Mustafa, Darahiya ət-Tarat əl-Ərəbi, Beyrut, 1420, birinci nəşr, cild 15.)
Zəhəbi də “Mizan əl-ətdal” kitabında buna bənzər bir cümlə ilə yazır: “Ömər Həzrət Zəhraya (s.ə) ayağı ilə elə vurdu ki, bu, onun evladının düşməsinə səbəb oldu”.
(Mizan əl-Aitdal fi Nəqd ər-Rəcəl, əl-Dahaabi, Məhəmməd bin Əhməd bin Osman, araşdırma: Əl-Bəcavi, Ali Məhəmməd, Daral əl-Marefa çap və nəşr, Beyrut, 1382 hicri, birinci nəşr, cild 1, səh 139.)
Şəhrəştani də “Miləl və Nihəl” kitabında “Nizam” Mötəzilidən belə deyir:
«إن عمر ضرب بطن فاطمة يوم البيعة حتى ألقت الجنين من بطنها. و كان يصيح: احرقوا دارها بمن فيها، و ما كان في الدار غير عليّ و فاطمة و الحسن و الحسين»
Ömər beyət günü Fatimənin qarnına dəydi və bu zərbə nəticəsində bətnində olan uşaq Fatimənin bətnindən düşdü. Ömər isə qışqırırdı: Evi içərisindəlilərlə birlikdə yandırın. Evdə Əli, Fatimə, Həsən və Hüseyndən başqa heç kim yox idi.
(Əl-Mullam və Əl-Nəhl, Şəhristan, Məhəmməd bin Əbdül Kərim, araşdırma: Bədran, Məhəmməd, Əl-Şərif Əl-Radi nəşriyyatı, Qum, 1364-cü il, üçüncü çap, cild.1 səh- 71.)
Müasir sünni alim və yazıçılarından olan Əbdülfəttah Əbdül Məqsud da “İmam Əli” kitabında Həzrət Zəhranın (s) evinə edilən hücumun təfərrüatlarını qeyd edir.
Hər halda, Hz. Zəhranın (s) evinə basqın mövzusu o qədər gizlədilməzdir ki, hətta vəhhabiliyin mənəvi atası və şiənin qatı düşmənlərindən olan İbn Teymiyyə də Həzrət Zəhra Mərziyyənin evinə daxil olmaq prinsipini inkar edə bilməz. Lakin o, bu vəziyyətdən çıxmaq üçün Əbu Bəkrin ömrünün sonunda gördüyü işdən peşman olmasına işarə edən hədisi tənqid edir. Və Hz. Zəhranın (s) evinə olan hücüm barədə gülməli səbəb gətirərək deyir:
«وَغَايَةُ مَا يُقَالُ: إِنَّهُ كَبَسَ الْبَيْتَ لِيَنْظُرَ هَلْ فِيهِ شَيْءٌ مِنْ مَالِ اللَّهِ الَّذِي يُقَسِّمُهُ، وَأَنْ يُعْطِيَهُ لِمُسْتَحِقِّهِ»
Deyə biləcəyimiz son şey budur ki, onlar (hücum edənlər) Fatimənin evində onları müsadirə edib camaat arasında bölüşdürmək üçün saxladıqları mülklərin olub-olmadığını öyrənmək istədikləri üçün onun evinə daxil olublar!
Hərnə bu rəvayətlərdə Həzrət Siddiqə Tahirənin (s.ə) necə döyüldüyü və o sarsıdıcı təfərrüatlarla rüsvay edildiyi və nəhayət şəhid edildiyi bildirilir.
Vəssəlamu ələykum Rəhmətullahi və Bərəkatuh.
Ustad Hacı Elşəb Badkubei
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi