HƏZRƏT ÜMMÜL-BƏNİN (S.Ə)
2024-12-14 10:24:48
Bismillahir-Rəhmanir-Rəhim
Mövzu: Həzrət Ümmül-Binin (ə) tərcümeyi-halı:
Həzrət Fatimə Kəlabiyyə (s.ə) (Kufə 5 Qəməridə anadan olub), atası Həzrət Hizam bin Xalid, anası isə Şəhid ibn Əbi Amerin qızı Leyladır. Şiələrin birinci imamı Həzrət Əli bin Əbi Talibin (ə.s) həyat yoldaşıdır. Həzrət Fatimə Zəhranın (s.ə) vəfatından sonra Həzrət Əli (ə.s) qardaşı Əqilin təqdimatı ilə Həzrət Fatimə Kəlabiyə (s.ə) ilə evləndi.
Həzrət Əbu Talibin (ə) yeni gəlini İmamət evinə daxil olduğu gün İmam Həsən (ə) və İmam Hüseyn (ə) hər ikisi xəstə idilər. Həzrət Ümmül-Binin (s.ə) Əlinin (ə.s) evinə daxil olan kimi o uca məqamlı balaların yatağına gəldi və onları mehriban bir ana kimi əzizlədi. O Həzrət (s.ə) ömrünün sonuna qədər Allah Rəsulunun (s.ə.a.v) iki məhbubunu övladlarından üstün tutdu.
Həzrət Ummul Binin (s.ə) imamətin evinə daxil olduğu ilk günlərdə anladı ki, Mövla Əli (ə.s) onu adı ilə çağıranda Həzrət Fatimənin (s.ə) övladları sevimli analarını xatırlayırlar. Buna görə də Həzrət Əlidən (ə.s) xahiş edir ki, onu əsl adı olan “Fatimə” əvəzinə başqa bir adla çağırsın. Ona görə ki, Allah Rəsulunun (s.ə.a.v) övladları, Mövla Əlinin (ə.s) tərəfindən adı çəkiləndə anası Həzrət Fatiməni (s.ə) yada salmasınlar və keçmişin acı xatirələri yada düşməsin, yetimlik və anasızlıq iztirabları çəkməsinlər. Həzrət Əli (ə.s) ona oğullar anası mənasını verən “Ümmül-binin” adını verdi və o vaxtdan o xanım bu adla tanınmağa başladı.
Həzrət Əlinin (ə.s) onunla evliliyinin bəhrəsi dörd oğlu oldu, yəni: Abbas, Cəfər, Abdullah və Osman, dördü də Aşura günü Seyid Şahdanın (ə.s) yanında şəhid oldular.
Həzrət Ümmül-Binin (s.ə) övladlarının şəhadətindən sonra hər gün Bəqiyə gedir və Abbasın övladlarını da özü ilə aparır, şəhidin xatirəsinə rövzə və mərsiyələr oxuyurdu. Mədinə qadınları da onun ağrılı mərsiyəsindən toplaşıb ağladılar.
Ümmül-Bininin vəfat tarixi haqqında dəqiq məlumat yoxdur. Onun hicri 64-cü ilin 13 Cəmadiüs-Sani ayında vəfat etdiyi bildirilir. Vilayəti müdafiə etmək üçün övladlarını döyüş meydanına göndərən, onlar şəhid olduqdan sonra səbri və dözümlülüyü ilə tarix boyu qadınların simvoluna çevrilmişdir.
Həzrət Ümmül-Binin (s.ə) Bəqi qəbiristanlığında İmam Həsən Müctəba (ə.s) və İmam Əlinin (ə.s) anası Fatimə binti Əsədin (s.ə) məqbərəsinin yanında dəfn olunub.
Vəssəlamu ələykum Rəhmətullahi və Bərəkatuh. Ğfərəllahi li və ləkum inşallah Təala.
Ustad Hacı Elşən Badkubei
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 19/01/2025
SÜBH AZANI 6:27
GÜN ÇIXMA 8:1
ZÖHÜR AZANI 12:50
GÜN BATMA 17:40
MƏĞRİB AZANI 18:1
GECƏ YARISI 0:3
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Hazırlayan: U. H. E. Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz