01 / SENTYABR / 2022-Cİ İL TƏQVİMİ (Səfər ayının 4-dü
2022-08-31 08:01:57

Bismillahir-Rəhmanir-Rəhim

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

SƏFƏR AYININ 4-CÜ GÜNÜNÜN HADİSƏLƏRİ

 

1) 61 hicri Kərbəla hadisəsi xəbəri Mədinəyə çatdığə gün.

 

2) 656 hicri Müstəsim Abbasinin öldürülməsi və monqolların Bağdad əhalisinin qətliamı ilə Abbasi xilafətinin yox olması.

 

Bu gün üçün hədis kitablarındə heç bir əmələ rast gəlməmişdir.

 

 

Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

SƏFƏR AYININ GÜNLÜK DUASI

 

بسم الله الرحمن الرحیم

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Rəhman və Rəhim Allahın adıyla.

 

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيز

 

Ya Şədidəl-Quva və ya Şədidəl-Mihal ya Əzizu ya Əzizu ya Əziz.

 

Ey güclü qüvvə sahibi, və ey ağır cəzalandıran, ya Əzizi ey Əzizi ey Əziz,

 

ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِل

 

Zəllət bi əzəmətikə cəmiu xəlqik, fək-fini şərrə xəlqik, ya Muhsinu ya Mucmilu ya Munimu ya Mufzil.

 

Sənin bütün yaratdıqların əzəmətin qarşısında zəlildir (və təvazökardır). Sənin yaratdıqlarının şərindən (varlığın) mənə kifayətdir. Ey lütf edən, ey gözəl iş sahibi, ey nemət verən, ey artıran,

 

يَا لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِين

 

Ya la İlahə illa Ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəs-yəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nunciyil-mu’minin.

 

Ey (O Varlıq ki,) Səndən başqa Tanrı yoxdur, Sən munəzzəhsən, Mən zalımlardanam, Biz onun duasını qəbul etdik və onu [Yunusun balığın içindən azad edilməsini nəzərdə tutur] qəm-qüssədən nicat verdik və möminləri belə xilas etdik.

 

وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِين

 

Və salləllahu ələ Muhəmmədiv-və Alihit-Təyyibinət-Tahirin.

 

Allahın salamı Məhəmmədə və Onun pak Ailəsinə olsun.

Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.