İNSANLARA ALLAHIN XİTABI (Birinci hissə: Bəqərə 21 və 168)
2022-09-16 11:55:54

بسم الله الرحمن الرحیم

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَ الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

 

Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin ki, təqvalı olasınız.

 

Mübarək ayədən istifadə olunanlar:

 

1) “sizi və sizdən əvvəlkiləri yaradan” və “ibadət edin” cümləsindən istifadə edirik ki, Allah bu ayədə İbadətin vacibliyinə işarə edir. İnsanı yaradan Allahdır, insanlar Ona ibadət etməlidir.

 

2) “ibadət edin ki, təqvalı olasınız” cümləsi bildirir ki, İbadət təqva qazanmaq üçündür. Bəndə olmaq və Allaha ibadət etmək təqvaya nail olmaq üçün əsasdır.

 

3) “ibadət edin ki, təqvalı olasınız” cümləsindən istifadə edirik ki, İnsan təqvalı olmalıdır. Təqva dərəcəsinə çatmaq insanın ən önəmli hədəflərindəndir.

 

4) “sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin” cümləsindən bunu əldə edirik ki, Allahla bəndənin ibadəti arasında bir əlaqə vardır. Başqa sözlə desək, yaradıcılıq ilə ibadət arasında bir əlaqə vardır. Çünki ibadət  yaradılış üzərində qurulur.

 

5) Allahın sifətlərinə diqqət və təfəkkür etmək insanın bəndəliyinə səbəb olur. Məsələn: Allahın yaradıcılığına və xeyirxahlığına diqqət yetirmək insanın Ona bəndəçıliyin məhəbbətinə səbəbdir. “sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin” cümləsindən bunu istifadə edirik ki, Allahın yaradılış təsviri ibadət üçün stimul yaratmaqdır.

 

6) “sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin” cümləsindən istifadə etdiyimiz digər məslə budur ki, İnsan öz varlığına və Allahın nemətlərinə diqqət yetirməlidir. İnsanın öz varlığına diqqət yetirməsi, Yaradana bəndəliyini bildirməsi lazım olduğuna səbəb olar.

 

7) Allah heç nəyi boş yerə yaratmayıb. Allahın əməlləri məqsədyönlüdür. Belə ki, “yaradan Rəbbinizə ibadət edin ki, təqvalı olasınız” cümləsindən istifadə edirik ki, insanın yaradılışından məqsəd onun Allaha ibadət yolu ilə təqvalı olmasıdır.

 

8) İbadətin mənası Allahı yad etməkdir. İbadətdən məqsəd Allahı yad etmək, Onun əmr və nəhyilərinə diqqət yetirməkdir. Ayədə qeyd olunan “ibadət edin” cümləsindən məqsəd Allaha bəndəçilik etməkdir.

 

9)  “Ey insanlar,” cümləsindən istifadə edirik ki, İbadət bütün insanlar üçündür.

 

10) “sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin” cümləsindən istifadə etdiyimiz digər məsələ, İbadətin səbəblərindən və fəlsəfəsindən biri də nemətlərin vəlisinə şükür etməkdir.

 

11) “sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin” cümlədən istifadə edən digər məsələdə budur ki, Ən böyük nemətlər yaradılış nemətləridir və bütün insanlar üçün ilk əmr ibadətdir.

 

12) “ibadət edin ki, təqvalı olasınız” cümləsindən istifadə edirik ki, İbadət təqvanın səbəbidir. Əgər ibadət bizdə təqva yaratmazsa, ibadət deyildir.

 

13) “sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin” cümləsindən istifadə edirik ki, Atalarımızın azğınlığı bizi ibadətdən döndərməməlidir, çün ki, onlarda bizim kimi məxluqdurlar.

 

14) “sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin” cümlədindən istifadə etdiyimiz digər məsələ budur ki, bizlər İbadətimizlə fəxr etməməliyik ki, bəlkə təqvalı ola bilərik.

 

 

يَا أَيُّهَا النَّاسُ كُلُواْ مِمَّا فِي الأَرْضِ حَلاَلاً طَيِّباً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

 

Ey insanlar, yer üzündə halal və pak olan şeylərdən; yeyin və şeytanın fitnələrinə uymayın. Çünki o, sizin üçün açıq-aşkar düşməndir.

 

Mübarək ayədən istifadə olunanlar:

 

1) “Ey insanlar, yer üzündə halal və pak olan şeylərdən yeyin” mübarək ayənin bu cümləsindən istifadə edirik ki, hər şey bizlər (insanlar) üçün yaradılmışdır. Yer üzündə nə varsa istismara icazə verilir və hər şey bütün insanlar üçün yaradılmışdır. Ayədə qeyd olunan “yeyin” kəlməsi, yer üzərində nə varsa təsərrüf etməyə işarədir ki, yemək onlardan biridir.

 

2) “halal və pak olan şeylərdən” cümləsi izahedici qeyddir. Yəni Allahın yer üzündə yaratdığı hər şey halal və xeyirlidir.

 

3) “yer üzündə halal və pak olan şeylərdən; yeyin” cümləsindən istifadə etdiyimiz digər məsələ də budur ki, İnsan Allahın halal buyurduğu nemətlərdən özünü məhrum etməməlidir.

 

4) “Ey insanlar, yer üzündə halal və pak olan şeylərdən; yeyin” cümləsindən bunu əldə edirik ki, İnsanın təbii ehtiyacları İslamın qayğısıdır.

 

5) “və şeytanın fitnələrinə uymayın” cümləsindən istifadə edirik ki, Möminlərə olan öhdəliklərin müstəsna olmamasıdır.

 

6) “Ey insanlar, yer üzündə halal və pak olan şeylərdən” cümlədindən istifadə etdiyimiz digər məsələ budur ki, yer üzərində olan hər şey ilk baxımdan halaldır. Əgər bir şeyin istismarının halal və ya haramında şəkk edilmişsə, bu ayəyə görə ondan istifadə etmək olar.

 

7) “halal və pak olan şeylərdən yeyin” cümləsindən istifadə edirik ki, İnsan fitrətinə uyğun olan hər şeyin halallığına işarədir. Deyirlər ki, ayədə qeyd olunan “pak” kəlməsi, insan fitrətinə uyğun və mülayim olan və insanların ondan istifadə etməkdən həzz aldıqları bir şey deməkdir.

 

8) “və şeytanın fitnələrinə uymayın” Allahın halal nemətlərini özünə haram etmək gərəksiz zahidlik və şeytana tabe olmaqdır.

 

9) “və şeytanın fitnələrinə uymayın” cümləsindən istifadə etdiyimiz digər məsələdə budur ki, şeytandan çəkinmək insanlar üçün zəruri bir əməldir.

 

10) “və şeytanın fitnələrinə uymayın” cümləsindən istifadə etdiyimiz digər məsələ də budur ki, Şeytan insanı yavaş-yavaş tam yıxılmağa aparır. Ayədə qeyd olunan “fitnələrinə” sözün cəm halında işlədilməsi Şeytanın insanları bir araya gətirmək planının tədricən və mərhələli olduğunu göstərir.

 

11) “və şeytanın fitnələrinə uymayın” cümləsindən istifadə etdiyimiz digər məsələ də budur ki, Şeytan insanları azdırmaq üçün hiyləgər üsullardan istifadə edir. Və şeytanın fitnələrini izləməklə, görünür ki, “fitnələrinə” sözünün cəm şəklində işlədilməsi şeytanın müxtəlif yol və vasitələrinə işarə edir.

 

12) “halal və pak olan şeylərdən; yeyin və şeytanın fitnələrinə uymayın” cümləsindən istifadə etdiyimiz məsələ budur ki, Haram və pis şeyləri yemək şeytana tabe olmaqdır.

 

13) “Çünki o, sizin üçün açıq-aşkar düşməndir” cümləsi, Şeytanın insanlar üçün aşkar düşmən olduğunu bildirir.

 

14) “halal və pak olan şeylərdən; yeyin” cümləsindən istifadə etdiyimiz digər məsələ də budur ki, İslamın sağlam qidalanmaya diqqət yetirməsi, “Təyyib” (pak) kəlməsi paklıq və təmizlik mənasının nümunələrindəndir. Cün “Tayyib” (pak) kəlməsi ruh və xasiyyətlə mülayimlik deməkdir.

 

15) “Ey insanlar, yer üzündə halal və pak olan şeylərdən; yeyin” cümləsindən istifadə etdiyimiz məsələ budur ki, nə qədər ki, bir şeyin haram olmasına dəlil yoxdur, ümumi qayda hər şeyin halal olmasıdır.

 

16) Ayədən istifadə etdiyimiz digər məsələ də budur ki, istehlak üçün əsas şərt: a) Halal. b) Məmnun olmaq kifayətdir.

 

17) Ayədən istifadə etdiyimiz digər məsələ də budur ki, Şeytan insanı addım-addım azdırır, ilk addımdan diqqətli olmaq lazımdır.

 

18) “yer üzündə halal və pak olan şeylərdən; yeyin” cümlədən istifadə etdiyimiz digər məsələ də budur ki, Quranda istehlakın icazəsi üçün şərt qeyd edilmişdir.

 

19) Ayədən istifadə etdiyimiz digər məsələ budur ki, Şeytanın vəsvəsələri gözəl şəkildə təqdim olunsa da, amma bilin ki, o, düşməndir.

 

Vəs-Səlamu ələykum və rəhmətullhi və bərəkatuh.

 

 

Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

SƏFƏR AYININ GÜNLÜK DUASI

 

بسم الله الرحمن الرحیم

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Rəhman və Rəhim Allahın adıyla.

 

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيز

 

Ya Şədidəl-Quva və ya Şədidəl-Mihal ya Əzizu ya Əzizu ya Əziz.

 

Ey güclü qüvvə sahibi, və ey ağır cəzalandıran, ya Əzizi ey Əzizi ey Əziz,

 

ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِل

 

Zəllət bi əzəmətikə cəmiu xəlqik, fək-fini şərrə xəlqik, ya Muhsinu ya Mucmilu ya Munimu ya Mufzil.

 

Sənin bütün yaratdıqların əzəmətin qarşısında zəlildir (və təvazökardır). Sənin yaratdıqlarının şərindən (varlığın) mənə kifayətdir. Ey lütf edən, ey gözəl iş sahibi, ey nemət verən, ey artıran,

 

يَا لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِين

 

Ya la İlahə illa Ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəs-yəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nunciyil-mu’minin.

 

Ey (O Varlıq ki,) Səndən başqa Tanrı yoxdur, Sən munəzzəhsən, Mən zalımlardanam, Biz onun duasını qəbul etdik və onu [Yunusun balığın içindən azad edilməsini nəzərdə tutur] qəm-qüssədən nicat verdik və möminləri belə xilas etdik.

 

وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِين

 

Və salləllahu ələ Muhəmmədiv-və Alihit-Təyyibinət-Tahirin.

 

Allahın salamı Məhəmmədə və Onun pak Ailəsinə olsun.

Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.