
Allahın adı ilə
Ələykuməs-Salam.
Şəri təqvim artıq saytda qeyd olunub.
2022-2023-CÜ İLİN DİNİ TƏQVİMİ.
2022-09-27 15:01:07
Bismillahir-Rəhmanir-Rəhim
2022-2023 / 1444-cü ilin dini təqvimi.
Muhərrəm ayı.
1) 2-Muhərrəm / 31-İyul: Matəm günü.
Hicri-qəməri tarixinin 61-ci ili, Həzrət İmam Hüseyn (ə) və səhabələrinin Kərbəlaya gəlişi.
2) 7- Muhərrəm / 5-Avqust-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 61-ci ili, Ömər bin Sədin əmri ilə İmam Hüseynin (ə) Əhli-beytinin su almasına mane olmaq.
3) 9-Muhərrəm / 7-Avqust-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 61-ci ili, Tasua və Aşura gecəsi: Hüseyn bin Əli (ə) və onun yoldaşlarının Kərbəlada İbn Sədin ordusu tərəfindən mühasirəyə alınması, İmam Hüseyn (ə) ibadət və namaz qılmaq üçün bir gecə onlardan vaxt istəməsi.
4) 10-Muhərrəm / 8-Avqust-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 61-ci ili, Aşura günü: İmam Hüseyn (ə) və səhabələrinin şəhadəti və Şami Ğəribav gecəsi.
5) 11-Muhərrəm / 9-Avqust-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 61-ci ili, Kərbəla əsirlərinin Kufəyə doğru hərəkət etməsi.
6) 12-Muhərrəm / 10-Avqust-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 94 və ya 95-ci ili: İmam Səccadın (ə) şəhadəti. Başqa bir deyimdə isə onun şəhadəti Məhərrəm ayının 25-nə təsadüf edir.
7) 19-Muhərrəm / 17-Avqust-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 61-ci ili, Kərbəla əsirlərinin Suriyaya doğru hərəkəti.
8) 23-Muhərrəm /21-Avqust-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 1427-ci ili, Samirrada İmam Həsən Əskərinin (ə) hərəminin bombalanması və dağıdılması.
Səfər ayı.
1-Səfər / 29-Avqust-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 61-ci ili, axşam saatlarında Kərbəla əsirlərinin şəhidlərin başları ilə birlikdə Şama gəlişi.
3-Səfər / 31-Avqust2022-ci il:
Hicri-qəməri tarixinin 57-ci ili, Həzrət İmam Muhəmməd Baqir (ə) Təvəllüdü. Başqa bir deyimdə isə Həzrətin təvəllüdü Rəcəb ayının 1-nə təsadüf etdiyi deyilmişdir.
5-Səfər / 2-Sentyabr-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 61-ci ili, Həzrət İmam Hüseynin (ə) qızı Ruqiyyənin (s.ə) şəhadəti.
7-Səfər / 4-Sentyabr-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 50-ci ili, Həzrət İmam Həsən Müctəbinin (ə) şəhadəti. Başqa bir deyimdə, onun şəhadəti 28 səfərdır.
20-Səfər / 17-Sentyabr-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 61-ci ili, Həzrət İmam Hüseynin (ə) Ərbəini və Həzrət İmam Hüseynin (ə) qəbrini Cabir bin Abdullah Ənsarinin ziyarəti və İmam Hüseynin (ə) Əhli-beytinin Kərbəlaya gəlişi.
25-Səfər / 22-Sentyabr-2022-ci il:
Hicri-qəməri tarixinin 11-ci ili, Vəsiyyətini yazmaq üçün Peyğəmbərin (s) kağız və qələm tələbi.
28-Səfər / 25-Sentyabr-2022-ci il: Matəm günü.
Hicri-qəməri tarixinin 11-ci ili, Həzrət Peyğəmbərin (s) vəfatı və Hicri-qəməri tarixinin 50-ci ili, Həzrət İmam Həsən Müctəbinin (ə) həyat yoldaşı Cədə tərəfindən şəhadəti.
Səfər ayının axırıncı günü: Matəm günü.
Hicri-qəməri tarixinin 203-cü ili, Həzrət İmam Rzanın (ə) şəhadəti Məmun Abbasi tərəfindən.
Rəbiul-Əvvəl ayı.
1-Rəbiul-Əvvəl / 28-Sentyabr-2022-ci il: Matəm günü.
Ləylətum-Məbiyt günü və Peyğəmbərin (s) Mədinəyə hicrətinin başlanğıcı və Hicri 11-ci ildə Həzrət Zəhranın (s) evinə hücum olduğu gün və Hicri 260-cı ildə İmam Həsən Əskərinin (ə) şəhadəti. Başqa deyimdə, onun şəhadəti rəbiül-əvvəl ayının 8-nə təsadüf edir.
5-Rəbiul-Əvvəl / 2-Oktyabr-2022-ci il: Matəm günü.
Həzrət İmam Hüseynin (ə) qızı Xanım Səkinənin hicri 117-ci ildə vəfatı.
9-Rəbiul-Əvvəl / 6-Oktyabr-2022-ci il: Bayram günü.
Həzrət İmam Zamanın (ə) imamətinin başlanğıcı.
10-Rəbiul-Əvvəl / 7-Oktyabr-2022-ci il: Bayram günü.
Fil ilinin 25-ci ilində Peyğəmbərin (s) Xədicə Kubra ilə evlənməsi.
12-Rəbiul-Əvvəl / 9-Oktyabr-2022-ci il: Bayram günü.
Sünnilərə görə Peyğəmbərin (s) Aamul-Faildə doğulması. Və Birlik həftəsinin başlanğıcı. Və 1-ci qəməri ilində Peyğəmbərin (s) Mədinəyə gəlişi.
14-Rəbiul-Əvvəl / 11-Oktyabr-2022-ci il: Bayram günü.
Qəməri ilin 64-cü ilində Yezid ibn Müaviyənin ölümü.
17-Rəbiul-Əvvəl / 14-Oktyabr-2022-ci il: Bayram günü.
Şiə rəyinə görə Peyğəmbərin (s) fil ilində doğulması və 83-cü qəməri ilində İmam Cəfər Sadiqin (ə) mövludu.
23-Rəbiul-Əvvəl / 20-Oktyabr-2022-ci il:
201-ci qəməri ilində Həzrət Fatimeyi Məsumənin (s) Quma gəlişi. Və 41-ci hicri ilində İmam Həsənin (ə) Müaviyə ilə sülhü.
Rəbius-Sani ayı.
1-Rəbius-Sani / 27-Oktyabr2022-ci il: Matəm günü.
Hicri 114-cü ildə İmam Baqirin (ə) şəhadəti. Başqa bir deyimda isə onun şəhadəti Zil-Hiccə ayının 7-nə təsadüf edir.
4- Rəbius-Sani / 30-Oktyabr-2022-ci il: Bayram günü.
Həzrət Əbdüləzim Hüsni (ə) hicri 173-cü ildə anadan olmuşdur.
8- Rəbius-Sani / 3-Noyabr-2022-ci il: Bayram günü.
İmam Həsən Əskəri (ə) hicri 232-ci ildə anadan olmuşdur.
10- Rəbius-Sani / 5-Noyabr-2022-ci il: Matəm günü.
201-ci hicri ilində Həzrət Fatimeyi Məsumənin (s) vəfatı.
14- Rəbius-Sani / 9-Noyabr-2022-ci il:
Hicri 66-cı ildə Muxtar Səqafinin qiyamı.
Cəmadiul-Əvvəl ayı.
5- Cəmadiul-Əvvəl / 30-Noyabr-2022-ci il: Bayram günü.
Hicri 5-ci ildə Həzrət Zeynəb Kəbrinin (s) dünyaya gəlməsi.
13- Cəmadiul-Əvvəl / 8-Dekabr-2022-ci il: Matəm günü.
Hicri 11-ci ildə Həzrət Fatimeyi Zəhranın (s) şəhadəti. Başqa rəvayətlərə görə, onun şəhadəti 3 Cümadi əl-Sanidir.
15- Cəmadiul-Əvvəl / 10-Dekabr-2022-ci il:
İmam Səccad (ə) hicri 38-ci ildə anadan olmuşdur. Başqa bir rəvayətə görə isə onun doğum günü Şəban ayının 5-dir.
25- Cəmadiul-Əvvəl / 20-Dekabr-2022-ci il:
Hicri 65-ci ildə Təvabin qiyamında müharibənin başlanması.
27- Cəmadiul-Əvvəl / 22-Dekabr-2022-ci il: Matəm günü.
Əbdül-Müttəlib Aamul-Filin 8-də vəfat etdi.
Cəmadius-Sani ayı.
3- Cəmadius-Sani / 27-Dekabr-2022-ci il:
Hicri 11-ci ildə Həzrət Fatimeyi Zəhranın (s) şəhadəti. Matəm günü.
13- Cəmadius-Sani / 6-Yanvar-2023-cü il: Matəm günü.
Həzrət İmam Əlinin (ə) həyat yoldaşı və Abbas bin Əlinin (ə) anası Ummul Binin hicri 64-cü ildə vəfatı.
15- Cəmadius-Sani / 8-Yanvar-2023-cü il:
Hicri 36-cı ildə Cəməl döyüşünün baş verməsi.
19- Cəmadius-Sani / 12-Yanvar-2023-cü il: Bayram günü.
Allah Rəsulunun (s) valideynləri, Abdullah ibn Əbdül Müttəlibin Aminə ilə evlənməsi.
20- Cəmadius-Sani / 13-Yanvar-2023-cü il: Bayram günü.
Həzrət Fatimeyi Zəhra (s) peyğəmbərliyin 5-ci ilində dünyaya göz açıb.
21- Cəmadius-Sani / 14-Yanvar-2023-cü il: Matəm günü.
Əli bin Əbi Talibin (ə) qızı Ümmü Gülsümün vəfatı.
22- Cəmadius-Sani / 15-Yanvar-2023-cü il:
Əbu Bəkr hicri 13-cü ildə ölmü.
26- Cəmadius-Sani / 19-Yanvar-2023-cü il: Matəm günü.
Hicri 254-cü ildə İmam Hadinin (ə) şəhadəti. Başqa bir deyimdə isə onun şəhadəti Rəcəb ayının 3-nə təsadüf edir.
27- Cəmadius-Sani / 20-Yanvar-2023-cü il: Matəm günü.
Əli bin Muhəmməd Baqirin (ə) hicri 116-cı ildə şəhadəti.
Rəcəb ayı.
2- Rəcəb / 24-Yanvar-2023-cü il: Bayram günü.
İmam Hadi (ə) hicri 212-ci ildə dünyaya gəlib. Başqa bir rəvayətdə isə onun doğum günü zilhiccə ayının 15-idir.
3- Rəcəb / 25-Yanvar-2023-cü il: Matəm günü.
İmam Hadinin (ə) hicri 254-cü ildə şəhadəti, başqa bir kəlamda isə onun şəhadəti Cümədi əl-Saninin 26-dadır.
7- Rəcəb / 29-Yanvar-2023-cü il: Matəm günü.
İmam Kazimin (ə) hicri 183-cü ildə şəhadəti. Başqa bir rəvayətdə isə rəcəb ayının 25-də şəhadəti olmuşdur.
10- Rəcəb / 1-Fevral-2023-cü il: Bayram günü.
Həzrət Əli Əsğər (ə) hicri 60-cı ildə anadan olmuşdur və İmam Cavad (ə) hicri 195-ci ildə dünyaya göz açıb. Başqa bir deyimdə isə onun doğum günü Ramazan ayının 15-dir.
13- Rəcəb / 4-Fevral-2023-cü il: Bayram günü.
Əmirəl-möminin Əli (ə)-ın əl-filin 30-cu ilində anadan olması. Və Rəcəb ayının əl-Beyz günləri. Bu ayın 13, 14 və 15-ci günləri Beyz günləridır. Rəvayətlərdə bu günlərdə oruc tutmaqın şox savabı olduğu vurğulanır.
15- Rəcəb / 6-Fevral-cü il: Matəm günü.
62-ci hicri ilində Həzrət Zeynəb Kəbrinin (s) vəfatı. Və Hicri 148-ci ildə İmam Sadiqin (ə) şəhadəti. Başqa bir kəlamda isə onun şəhadəti 25 şəvvaldır.
25- Rəcəb / 16-Fevral-2023-cü il: Matəm günü.
İmam Kazimin (ə) hicri 183-cü ildə şəhadəti. Başqa bir kəlamda isə onun şəhadəti Rəcəb ayının 7-nə təsadüf edir.
26- Rəcəb / 17-Fevral-2023-cü il: Matəm günü.
Peyğəmbərliyin 10-cu ilində Əbu Talibin (ə) vəfatı. Başqa bir rəvayətdə isə Zilqədə ayının 1-də vəfat etmişdir.
27- Rəcəb / 18-Fevral-2023-cü il: Bayram günü.
Məbəs günü.
28- Rəcəb / 19-Fevral-2023-cü il:
60-cı ildə İmam Hüseynin (ə) Mədinədən Məkkəyə hərəkəti.
29- Rəcəb / 20-Fevral-2023-cü il: Matəm günü.
Peyğəmbərin (s) həyat yoldaşı Həzrət Xədicənin (s) hicrətdən 3 il əvvəl vəfatı. Başqa bir deyimdə isə Ramazan ayının 10-da dünyasını dəyişib.
Şaban ayı.
3- Şaban / 24-Fevral-2023-cü il: Bayram günü.
Hicri 3-cü ildə İmam Hüseynin (ə) dünyaya gəlməsi.
4- Şaban / 25-Fevral-2023-cü il: Bayram günü.
26-cı hicri ilində Həzrət Əbülfəzl Abbasın (ə) dünyaya gəlməsi.
5- Şaban / 26-Fevral-2023-cü il: Bayram günü.
Hicri 38-ci ildə İmam Səccadın (ə) dünyaya gəlməsi. Başqa bir deyimdə isə onun doğum günü 15 Cümədiül-övlədir.
11- Şaban / 4-Mart-2023-cü il: Bayram günü.
Həzrət Əli Əkbər (ə) hicri 33-cü ildə anadan olmuşdur.
15- Şaban / 8-Mart-2023-cü il: Bayram günü.
İmam Mehdi (ə) hicri 255-ci ildə anadan olmuşdur.
Ramazan ayı.
1- Ramazan / 4-Mart-2023-cü il:
Hicri 200-cü ildə İmam Rzanın (ə) vəliəhd seçildiyi gün.
10- Ramazan / 2-Aprel-2023-cü il: Matəm günü.
Peyğəmbərliyin 10-cu ilində Həzrət Xədicənin (s) vəfatı. Bəzi deyimlərə görə, Rəcəb ayının 29-da dünyasını dəyişib.
15- Ramazan / 7-Aprel-2023-cü il: Bayram günü.
İmam Həsən Müctəbinin (ə) hicrətin 3-cü ilində dünyaya gəlməsi.
17- Ramazan / 9-Aprel-2023-cü il:
Peyğəmbərin (s) 5-ci ilində meracı.
18- Ramazan / 10-Aprel-2023-cü il:
Qədr gecəsi.
19- Ramazan / 11-Aprel-2023-cü il: Matəm günü.
Əmirul Möminin Əli (ə) hicri 40-cı ildə İbn Mülcəm Muradi tərəfindən vurulması.
20- Ramazan / 12-Aprel-2023-cü il:
2-ci Qədr gecəsi.
21- Ramazan / 13-Aprel-2023-cü il: Mayəm günü.
Hicri 40-cı ildə İmam Əlinin (ə) şəhadəti.
22- Ramazan / 14-Aprel-2023-cü il:
3-cü Qədr gecəsi.
Şəvval ayı.
1- Şəvval / 23-Aprel-2023-cü il: Bayram günü.
Fitr bayramı.
5- Şəvval / 27-Aprel-2023-cü il:
Müslim bin Əqilin Kufəyə gəlişi 60-cı ildə.
7- Şəvval / 29-Aprel-2023-cü il: Matəm günü.
Həmzə bin Əbdülmütəllibin hicri 3-cü ildə şəhadəti.
8- Şəvval / 30-Aprel-2023-cü il: Matəm günü.
Hicri 1344-cü ildə Bəqinin vəhhabilər tərəfindən dağıdılması.
15- Şəvval / 7-May-2023-cü il:
Hicri 7-ci ildə Günəşi Həzrət Əli (ə) üçün çevirmək möcüzəsi. Həzrət Əbdüləzim Hüsninin (ə) vəfatı hicri 252-ci ildə.
25- Şəvval / 17-May-2023-cü il: Matəm günü.
Hicri 148-ci ildə İmam Sadiqin (ə) şəhadəti.
Zil-Qədə ayı.
1- Zil-Qədə / 23-May-2023-cü il: Matəm günü.
Həzrət Əbu Talib peyğəmbərliyin 10-cu ilində vəfat etdi. Başqa bir deyimdə isə Rəcəb ayının 26-da dünyasını dəyişib. Həzrət Məsumə (ə) hicri 173-cü ildə anadan olmuşdur.
11- Zil-Qədə / 1-İyun-2023-cü il: Bayram günü.
İmam Rza (ə) hicri 148-ci ildə dünyaya gəlib.
25- Zil-Qədə / 15-İyun-2023-cü il:
Dəhvul-Ərz günü:
29- Zil-Qədə / 19-İyun-2023-cü il: Matəm günü.
Hicri 220-ci ildə Mutəsim Abbasinin əmri ilə İmam Cavadın (ə) şəhadəti.
Zil-Hiccə ayı.
1- Zil-Hiccə / 21-İyun-2023-cü il: Bayram günü.
Hicri 2-ci ildə İmam Əli (ə) və Həzrət Fatimənin (s.ə) nikahı.
7- Zil-Hiccə / 27-İyun-2023-cü il: Matəm günü.
Hicri 114-cü ildə İmam Baqirin (ə) şəhadəti.
8- Zil-Hiccə / 28-İyun-2023-cü il:
İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya hərəkəti.
9- Zil-Hiccə / 29-İyun-2023-cü il: Matəm günü.
Ərəfə günü. Hicri 60-cı ildə Müslim bin Əqil və Hani bin Urvənin Kufədə şəhadəti.
10- Zil-Hiccə / 30-İyun-2023-cü il: Bayram günü.
Qurban bayramı.
14- Zil-Hiccə / 4-İyul-2023-cü il:
Fədək hicrətin 7-ci ilində ayənin nazil olmasından sonra Həzrət Zəhraya (s) verilmişdir.
15- Zil-Hiccə / 5-İyul-2023-cü il: Bayram günü.
İmam Hadi (ə) hicri 212-ci ildə dünyaya gəlib. Başqa bir deyimdə isə ad günü 2 Rəcəbdir.
18- Zil-Hiccə / 8-İyul-2023-cü il: Bayram günü.
Hicri 10-cu Qədir bayramı. Hicri 35-ci ildə Osmanın öldürülməsi.
24- Zil-Hiccə / 14-İyul-2023-cü il: Bayram günü.
Hicrətin 9-cu ilində Peyğəmbərin (s) Nəcran xristianları ilə mübəhlə günü.
29- Zil-Hiccə / 19-İyul-2023-cü il:
Ömər bin Xəttab hicri 23-cü ildə öldüyü gün.
Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh.
Ustad Hacı Elşən Badkubei


Allahın adı ilə.
Ələykuməs-Salam.
Təbii. hər bir təriqətdə olduğu kimi bizdə bizdən olmayanları, bizdən ayrilanlar kimi qiymətləndiririk. lakin bir məsələni sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, heç bir rəvayərdə əhli sünnə, vəhhabi, maliki, şəfei, hənbəli, və s... bu kimi firqə adları Peyğəmbərin mübarəl dilindən eşidilməmişdir. Lakin bir çox yerlərdə O Həzrətin mebarək dilində Şiə sözü cari olmuşdur. bu o deməkdir ki, Peyğəmbərin nəzərində Yalniz Şiə adı altində olanlar var idi. digərləri sonradan meydana gələnlərdirlər. bədəndə ayrılan hər hansı bir əzaya insan deyilmir. yalnız bədənə İnsan deyə xitab olunur. beləliklə, ayrılan səbəbkardır ayrılmağa.
Vəssəlamu ələykum Rəhmətullahi və Bərəkatuh.
Ustad Hacı Elşən Badkubei


Allahın adı ilə.
Ələykuməs-Salam.
Bəli. Hücərat surəsinin ayələrinin birində bu cümlə qeyd olunmuşdur. Səsinizi Peyğəmbərin səsindən uca etməyin. bu o deməkdir ki, bir qəbilə içində rəhbərlikdə ondan savadlı kəs varsa, yəqin ki, savadlıya şərait yaradılmalıdır. Ruhanının qeyri ruhanilərin pişnaması olduğu kimi. əks təqdirdə bəli həmin qövm öz savadlılarından istifadə etməsə məhvə məhkumdur.
Vəssəlamu ələykum Rəhmətullahio və bərəkatuh
Ustad Hacı Elşən Badkubei


Allahın adı ilə.
Ələykuməs-salam
Qurani-Kərimdə cənnət və cəhənnəmin həm maddi, həm də mənəvi sifətləri ilə xatırlanması, onların maddi nemətlərlə vəsf edilməsi ona görədir ki, bir çox insanların onları mənəvi sifətlərlə tanıması çox çətin, hətta qeyri-mümkündür. Çünki insanların zehni daha çox maddi şeylərə öyrəşib və bu səbəbdən yüksək dərəcədə olan cənnət səlahiyyətlərini və mənəvi məfhumlarını dərk edə bilmir.
Vəssəlamu ələykum Rəhmərullahi və Bərəkatuh.
Ustad Hacı Elşən Badkubei


Allahın adı ilə.
Ələykuməs-salam
Dini təlimlərimizə görə, dini əməllər arasında namaz birinci ibadətdir, əgər insan namazı qəbul olunarsa, digər ibadətlər də qəbul olunur! Digər tərəfdən, Quranın açıq-aydın ayələrinə əsasən, hər kim az miqdarda yaxşılıq etsə, onun mükafatını alacaqdır. Aydındır ki, bu ayələrə əsasən, əgər tərəzidə xeyirin miqdarı daha çox olarsa, namaz qılmasa belə, nicat tapmalıdır. Demək lazımdır ki, namazı tərk etməyin iki səbəbi ola bilər. 1) Bu tərkin mütləq əzaba və cəhənnəmə səbəb olacağını ibadətlərdən biri kimi inkar etmək. 2) Amma əgər namazı tərk etmək inkardan deyil, səhlənkarlıqdan və tənbəllikdən olarsa, söhbət mövzusudur.
Vəssəlamu ələykum Rəhmərullahi və Bərəkatuh.
Ustad Hacı Elşən Badkubei

- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Allahın adı ilə
Şeyx Tusi bildirib ki, Məhərrəm ayının ilk on gününü oruc tutmaq müstəhəbbdir, lakin Aşura günü oruc tutulmamalıdır və əsrdən sonra yemək və şərabdan uzaq durmalı və az miqdarda türbət yeməsi bəyənilib.