XUMUS
2024-05-18 20:06:10
QRİQORİAN VƏ YA MİLADİ TƏQVİMİ
2024-01-29 08:49:59
HİCRİ QƏMƏRİ TARİXİ
2024-01-28 09:35:01
ƏYYAMUL-BƏYZ VƏ ƏMƏLLƏRİ
2024-01-19 09:04:02
HƏZRƏT İMAM HADİNİN (Ə) HƏYATI
2024-01-15 08:59:54
QURAN OXUMAĞIN ADABI
2024-01-13 11:11:40
Hz. İmamzadə Cənab Muhəmməd ibn Had
2024-01-11 09:34:12
"HƏMD" SURƏSİNİN GENİŞ TƏRCÜMƏS
0000-00-00 00:00:00
Mömin qardaşın duası ilə təvəssü
2023-07-22 08:30:31
QƏBİR İZİ (Dini araşdırma)
2023-07-20 09:20:38
Quranda metamorfoz tənəzzül və ya
2023-07-19 09:26:04
MƏHƏRRƏM AYININ ƏMƏLLƏRİ
2023-07-19 09:00:37
Allah rəsulunun duası ilə təvəssül
2023-07-19 08:56:35
MƏHƏRRƏM AYININ HADİSƏLƏRİ
2023-07-19 08:34:25
Videolar
Ən çox baxılan suallar
  • Salam. Möminə İlahi kömək nədir?
    • Rəhman və Rəhim Allahı adı ilə.

      Salam.

      Allahın möminlərə köməyi, müxtəlif şərait və situasiyalarda onlara kömək etməsi daimidir və Allahdan belə yardımlar dayanmır. Cəmiyyət üzvlərindən iman sifəti götürülmədikcə, belə bir vəziyyətdə Allah tərəfindən heç bir kömək olmaz.

      Vəssəlamu ələykum rəhmətullahi və Bərəkatuh

       

      Ustad Hacı Elşən Badkubei

  • Salam. İlahi imtahn nədir?
    •  

      Rəhman və Rəhim Allahın adı ilə.

      Salam.

      İlahi imtahan Quranda müxtəlif sözlərlə ifadə olunan dini məfhumdur. İlahi imtahan konkret bir fərd və ya qrupla məhdudlaşmır, peyğəmbərləri və ilahi övliyaları da əhatə edir. Allahın imtahanı bəzən bir fərd, bəzən də bir xalq və bir millət üçün olur.

      Allah müxtəlif yollarla imtahan edir: Bəzən şəriət hökmləri ilə, bəzən nemət, var-dövlət və sağlamlıqla, bəzən də maddi və can zərərləri ilə. İlahi imtahanların hamısı hikmətlidir və insanların batinini üzə çıxarmaq, möminləri tərbiyə etmək, cənnət və cəhənnəmə layiq olmaq kimi müxtəlif məqsədlər güdür.

      İlahi imtahan imtahan verənlərin yaşına, ləyaqətinə və ehtiyaclarına uyğun olsa da, yenə də imtahan verənlərin müxtəlif reaksiyalarına səbəb olur: Bir qrup narahat və ya imansızdır, bir qrup isə səbirli olur, hətta bunun ardınca da şükür, razılıq və Allaha təslim olurlar.

       

      Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh.

       

      Ustad Hacı Elşən Badkubei

  • Salam. İmla nədir?
    • Rəhman və Rəhim Allahın adı ilə.

      Salam.

      "İmla" "Mələ" sözündən götürülmüşdür və "müddəti uzatmaq", "Mullah" "uzun müddət" deməkdir.

      İstilahda isə əzabın enməsini tezləşdirməmək deməkdir. İlahi ənənə insanların üsyanı və günahı qarşısında cəzanı tələsdirməmək və möhlət verməkdir. Çünki Allah cəzaya tələssə, hamı məhv olar və heç kim qalmaz, çünki məsumlardan başqa günah işlətməyən yoxdur. Uca Allah buyurur: Əgər Allah-taala camaatı zülm və günahlarına görə cəzalandırsa, dünyada heç bir canlı qalmaz.

      Məhz bu səbəbdən Allah bəndələrinə tövbə yolu ilə keçmişlərini islah etmək üçün vaxt verir. Və bu möhlət möminlərin xeyrinədir. Lakin, kafirlərə və öz günahlarında israr edən üsyankar insanlara zərər vurur.

       

      Vəssəlamu ələykum Rəhmətullahi və Bərəkatuh.

       

      Ustad Hacı Elşən Badkubei

  • Salam. Ümumiyyətlə Əxlaq nədir?
    • Rəhman və Rəhim Allahı adı ilə.

       

      Salam.

      Əxlaq İslam təlimlərinin insan əməllərinin fəzilət və pisliklərindən bəhs edən bir hissəsidir. Əxlaq insanda adət halını almış daxili keyfiyyətlərdir.

      Əxlaq yaxşı və pis əxlaq və ictimai və fərdi əxlaqlara bölünür. Quran Peyğəmbərin (s) insanların əxlaqını islah etmək missiyasının məqsədini açıqlamışdır. Hədislərdə isə ən mühüm gözəl əxlaqı xüsusiyyətlərdən biri Məkərimu Əxlaq kimi qeyd edilmişdir. Əxlaq Naseri, Came əs-Səadət, Merac əs-Səda və Əl-Əxlaq kitabları şiələrin əxlaqla bağlı məşhur kitablarındandır.

       

      Vəssəlamu ələykum Rəhmətullahi və Bərəkatuh.

       

      Ustad Hacı Elşən Badkubei

  • Salam.şəri təqvimi sayta yerləşdirə bilərsiniz?
    • Allahın adı ilə

       

      Ələykuməs-Salam.

       

      Şəri təqvim artıq saytda qeyd olunub.

      2022-2023-CÜ İLİN DİNİ TƏQVİMİ.

      2022-09-27 15:01:07

       

      Bismillahir-Rəhmanir-Rəhim

       

      2022-2023 / 1444-cü ilin dini təqvimi.

       

      Muhərrəm ayı.

      1) 2-Muhərrəm / 31-İyul: Matəm günü.

      Hicri-qəməri tarixinin 61-ci ili, Həzrət İmam Hüseyn (ə) və səhabələrinin Kərbəlaya gəlişi.

      2) 7- Muhərrəm / 5-Avqust-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 61-ci ili, Ömər bin Sədin əmri ilə İmam Hüseynin (ə) Əhli-beytinin su almasına mane olmaq.

      3) 9-Muhərrəm / 7-Avqust-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 61-ci ili, Tasua və Aşura gecəsi: Hüseyn bin Əli (ə) və onun yoldaşlarının Kərbəlada İbn Sədin ordusu tərəfindən mühasirəyə alınması, İmam Hüseyn (ə) ibadət və namaz qılmaq üçün bir gecə onlardan vaxt istəməsi.

      4) 10-Muhərrəm / 8-Avqust-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 61-ci ili, Aşura günü: İmam Hüseyn (ə) və səhabələrinin şəhadəti və Şami Ğəribav gecəsi.

      5) 11-Muhərrəm / 9-Avqust-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 61-ci ili, Kərbəla əsirlərinin Kufəyə doğru hərəkət etməsi.

      6) 12-Muhərrəm / 10-Avqust-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 94 və ya 95-ci ili: İmam Səccadın (ə) şəhadəti. Başqa bir deyimdə isə onun şəhadəti Məhərrəm ayının 25-nə təsadüf edir.

      7) 19-Muhərrəm / 17-Avqust-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 61-ci ili, Kərbəla əsirlərinin Suriyaya doğru hərəkəti.

      8) 23-Muhərrəm /21-Avqust-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 1427-ci ili, Samirrada İmam Həsən Əskərinin (ə) hərəminin bombalanması və dağıdılması.

       

      Səfər ayı.

      1-Səfər / 29-Avqust-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 61-ci ili, axşam saatlarında Kərbəla əsirlərinin şəhidlərin başları ilə birlikdə Şama gəlişi.

      3-Səfər / 31-Avqust2022-ci il:

      Hicri-qəməri tarixinin 57-ci ili, Həzrət İmam Muhəmməd Baqir (ə) Təvəllüdü. Başqa bir deyimdə isə Həzrətin təvəllüdü Rəcəb ayının 1-nə təsadüf etdiyi deyilmişdir.

      5-Səfər / 2-Sentyabr-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 61-ci ili, Həzrət İmam Hüseynin (ə) qızı Ruqiyyənin (s.ə) şəhadəti.

      7-Səfər / 4-Sentyabr-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 50-ci ili, Həzrət İmam Həsən Müctəbinin (ə) şəhadəti. Başqa bir deyimdə, onun şəhadəti 28 səfərdır.

      20-Səfər / 17-Sentyabr-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 61-ci ili, Həzrət İmam Hüseynin (ə) Ərbəini və Həzrət İmam Hüseynin (ə) qəbrini Cabir bin Abdullah Ənsarinin ziyarəti və İmam Hüseynin (ə) Əhli-beytinin Kərbəlaya gəlişi.

      25-Səfər / 22-Sentyabr-2022-ci il:

      Hicri-qəməri tarixinin 11-ci ili, Vəsiyyətini yazmaq üçün Peyğəmbərin (s) kağız və qələm tələbi.

      28-Səfər / 25-Sentyabr-2022-ci il: Matəm günü.

      Hicri-qəməri tarixinin 11-ci ili, Həzrət Peyğəmbərin (s) vəfatı və Hicri-qəməri tarixinin 50-ci ili, Həzrət İmam Həsən Müctəbinin (ə) həyat yoldaşı Cədə tərəfindən şəhadəti.

      Səfər ayının axırıncı günü: Matəm günü.

      Hicri-qəməri tarixinin 203-cü ili, Həzrət İmam Rzanın (ə) şəhadəti Məmun Abbasi tərəfindən.

       

      Rəbiul-Əvvəl ayı.

      1-Rəbiul-Əvvəl / 28-Sentyabr-2022-ci il: Matəm günü.

      Ləylətum-Məbiyt günü və Peyğəmbərin (s) Mədinəyə hicrətinin başlanğıcı və Hicri 11-ci ildə Həzrət Zəhranın (s) evinə hücum olduğu gün və Hicri 260-cı ildə İmam Həsən Əskərinin (ə) şəhadəti. Başqa deyimdə, onun şəhadəti rəbiül-əvvəl ayının 8-nə təsadüf edir.

      5-Rəbiul-Əvvəl / 2-Oktyabr-2022-ci il: Matəm günü.

      Həzrət İmam Hüseynin (ə) qızı Xanım Səkinənin hicri 117-ci ildə vəfatı.

      9-Rəbiul-Əvvəl / 6-Oktyabr-2022-ci il: Bayram günü.

      Həzrət İmam Zamanın (ə) imamətinin başlanğıcı.

      10-Rəbiul-Əvvəl / 7-Oktyabr-2022-ci il: Bayram günü.

      Fil ilinin 25-ci ilində Peyğəmbərin (s) Xədicə Kubra ilə evlənməsi.

      12-Rəbiul-Əvvəl / 9-Oktyabr-2022-ci il: Bayram günü.

      Sünnilərə görə Peyğəmbərin (s) Aamul-Faildə doğulması. Və Birlik həftəsinin başlanğıcı. Və 1-ci qəməri ilində Peyğəmbərin (s) Mədinəyə gəlişi.

      14-Rəbiul-Əvvəl / 11-Oktyabr-2022-ci il: Bayram günü.

      Qəməri ilin 64-cü ilində Yezid ibn Müaviyənin ölümü.

      17-Rəbiul-Əvvəl / 14-Oktyabr-2022-ci il: Bayram günü.

      Şiə rəyinə görə Peyğəmbərin (s) fil ilində doğulması və 83-cü qəməri ilində İmam Cəfər Sadiqin (ə) mövludu.

      23-Rəbiul-Əvvəl / 20-Oktyabr-2022-ci il:

      201-ci qəməri ilində Həzrət Fatimeyi Məsumənin (s) Quma gəlişi. Və 41-ci hicri ilində İmam Həsənin (ə) Müaviyə ilə sülhü.

       

      Rəbius-Sani ayı.

      1-Rəbius-Sani / 27-Oktyabr2022-ci il: Matəm günü.

      Hicri 114-cü ildə İmam Baqirin (ə) şəhadəti. Başqa bir deyimda isə onun şəhadəti Zil-Hiccə ayının 7-nə təsadüf edir.

      4- Rəbius-Sani / 30-Oktyabr-2022-ci il: Bayram günü.

      Həzrət Əbdüləzim Hüsni (ə) hicri 173-cü ildə anadan olmuşdur.

      8- Rəbius-Sani / 3-Noyabr-2022-ci il: Bayram günü.

      İmam Həsən Əskəri (ə) hicri 232-ci ildə anadan olmuşdur.

      10- Rəbius-Sani / 5-Noyabr-2022-ci il: Matəm günü.

      201-ci hicri ilində Həzrət Fatimeyi Məsumənin (s) vəfatı.

      14- Rəbius-Sani / 9-Noyabr-2022-ci il:

      Hicri 66-cı ildə Muxtar Səqafinin qiyamı.

       

      Cəmadiul-Əvvəl ayı.

      5- Cəmadiul-Əvvəl / 30-Noyabr-2022-ci il: Bayram günü.

      Hicri 5-ci ildə Həzrət Zeynəb Kəbrinin (s) dünyaya gəlməsi.

      13- Cəmadiul-Əvvəl / 8-Dekabr-2022-ci il: Matəm günü.

      Hicri 11-ci ildə Həzrət Fatimeyi Zəhranın (s) şəhadəti. Başqa rəvayətlərə görə, onun şəhadəti 3 Cümadi əl-Sanidir.

      15- Cəmadiul-Əvvəl / 10-Dekabr-2022-ci il:

      İmam Səccad (ə) hicri 38-ci ildə anadan olmuşdur. Başqa bir rəvayətə görə isə onun doğum günü Şəban ayının 5-dir.

      25- Cəmadiul-Əvvəl / 20-Dekabr-2022-ci il:

      Hicri 65-ci ildə Təvabin qiyamında müharibənin başlanması.

      27- Cəmadiul-Əvvəl / 22-Dekabr-2022-ci il: Matəm günü.

      Əbdül-Müttəlib Aamul-Filin 8-də vəfat etdi.

       

      Cəmadius-Sani ayı.

      3- Cəmadius-Sani / 27-Dekabr-2022-ci il:

      Hicri 11-ci ildə Həzrət Fatimeyi Zəhranın (s) şəhadəti. Matəm günü.

      13- Cəmadius-Sani / 6-Yanvar-2023-cü il: Matəm günü.

      Həzrət İmam Əlinin (ə) həyat yoldaşı və Abbas bin Əlinin (ə) anası Ummul Binin hicri 64-cü ildə vəfatı.

      15- Cəmadius-Sani / 8-Yanvar-2023-cü il:

      Hicri 36-cı ildə Cəməl döyüşünün baş verməsi.

      19- Cəmadius-Sani / 12-Yanvar-2023-cü il: Bayram günü.

      Allah Rəsulunun (s) valideynləri, Abdullah ibn Əbdül Müttəlibin Aminə ilə evlənməsi.

      20- Cəmadius-Sani / 13-Yanvar-2023-cü il: Bayram günü.

      Həzrət Fatimeyi Zəhra (s) peyğəmbərliyin 5-ci ilində dünyaya göz açıb.

      21- Cəmadius-Sani / 14-Yanvar-2023-cü il: Matəm günü.

      Əli bin Əbi Talibin (ə) qızı Ümmü Gülsümün vəfatı.

      22- Cəmadius-Sani / 15-Yanvar-2023-cü il:

      Əbu Bəkr hicri 13-cü ildə ölmü.

      26- Cəmadius-Sani / 19-Yanvar-2023-cü il: Matəm günü.

      Hicri 254-cü ildə İmam Hadinin (ə) şəhadəti. Başqa bir deyimdə isə onun şəhadəti Rəcəb ayının 3-nə təsadüf edir.

      27- Cəmadius-Sani / 20-Yanvar-2023-cü il: Matəm günü.

      Əli bin Muhəmməd Baqirin (ə) hicri 116-cı ildə şəhadəti.

       

      Rəcəb ayı.

      2- Rəcəb / 24-Yanvar-2023-cü il: Bayram günü.

      İmam Hadi (ə) hicri 212-ci ildə dünyaya gəlib. Başqa bir rəvayətdə isə onun doğum günü zilhiccə ayının 15-idir.

      3- Rəcəb / 25-Yanvar-2023-cü il: Matəm günü.

      İmam Hadinin (ə) hicri 254-cü ildə şəhadəti, başqa bir kəlamda isə onun şəhadəti Cümədi əl-Saninin 26-dadır.

      7- Rəcəb / 29-Yanvar-2023-cü il: Matəm günü.

      İmam Kazimin (ə) hicri 183-cü ildə şəhadəti. Başqa bir rəvayətdə isə rəcəb ayının 25-də şəhadəti olmuşdur.

      10- Rəcəb / 1-Fevral-2023-cü il: Bayram günü.

      Həzrət Əli Əsğər (ə) hicri 60-cı ildə anadan olmuşdur və İmam Cavad (ə) hicri 195-ci ildə dünyaya göz açıb. Başqa bir deyimdə isə onun doğum günü Ramazan ayının 15-dir.

      13- Rəcəb / 4-Fevral-2023-cü il: Bayram günü.

      Əmirəl-möminin Əli (ə)-ın əl-filin 30-cu ilində anadan olması. Və Rəcəb ayının əl-Beyz günləri. Bu ayın 13, 14 və 15-ci günləri Beyz günləridır. Rəvayətlərdə bu günlərdə oruc tutmaqın şox savabı olduğu vurğulanır.

      15- Rəcəb / 6-Fevral-cü il: Matəm günü.

      62-ci hicri ilində Həzrət Zeynəb Kəbrinin (s) vəfatı. Və Hicri 148-ci ildə İmam Sadiqin (ə) şəhadəti. Başqa bir kəlamda isə onun şəhadəti 25 şəvvaldır.

      25- Rəcəb / 16-Fevral-2023-cü il: Matəm günü.

      İmam Kazimin (ə) hicri 183-cü ildə şəhadəti. Başqa bir kəlamda isə onun şəhadəti Rəcəb ayının 7-nə təsadüf edir.

      26- Rəcəb / 17-Fevral-2023-cü il: Matəm günü.

      Peyğəmbərliyin 10-cu ilində Əbu Talibin (ə) vəfatı. Başqa bir rəvayətdə isə Zilqədə ayının 1-də vəfat etmişdir.

      27- Rəcəb / 18-Fevral-2023-cü il: Bayram günü.

      Məbəs günü.

      28- Rəcəb / 19-Fevral-2023-cü il:

      60-cı ildə İmam Hüseynin (ə) Mədinədən Məkkəyə hərəkəti.

      29- Rəcəb / 20-Fevral-2023-cü il: Matəm günü.

      Peyğəmbərin (s) həyat yoldaşı Həzrət Xədicənin (s) hicrətdən 3 il əvvəl vəfatı. Başqa bir deyimdə isə Ramazan ayının 10-da dünyasını dəyişib.

       

      Şaban ayı.

      3- Şaban / 24-Fevral-2023-cü il: Bayram günü.

      Hicri 3-cü ildə İmam Hüseynin (ə) dünyaya gəlməsi.

      4- Şaban / 25-Fevral-2023-cü il: Bayram günü.

      26-cı hicri ilində Həzrət Əbülfəzl Abbasın (ə) dünyaya gəlməsi.

      5- Şaban / 26-Fevral-2023-cü il: Bayram günü.

      Hicri 38-ci ildə İmam Səccadın (ə) dünyaya gəlməsi. Başqa bir deyimdə isə onun doğum günü 15 Cümədiül-övlədir.

      11- Şaban / 4-Mart-2023-cü il: Bayram günü.

      Həzrət Əli Əkbər (ə) hicri 33-cü ildə anadan olmuşdur.

      15- Şaban / 8-Mart-2023-cü il: Bayram günü.

      İmam Mehdi (ə) hicri 255-ci ildə anadan olmuşdur.

       

      Ramazan ayı.

      1- Ramazan / 4-Mart-2023-cü il:

      Hicri 200-cü ildə İmam Rzanın (ə) vəliəhd seçildiyi gün.

      10- Ramazan / 2-Aprel-2023-cü il: Matəm günü.

      Peyğəmbərliyin 10-cu ilində Həzrət Xədicənin (s) vəfatı. Bəzi deyimlərə görə, Rəcəb ayının 29-da dünyasını dəyişib.

      15- Ramazan / 7-Aprel-2023-cü il: Bayram günü.

      İmam Həsən Müctəbinin (ə) hicrətin 3-cü ilində dünyaya gəlməsi.

      17- Ramazan / 9-Aprel-2023-cü il:

      Peyğəmbərin (s) 5-ci ilində meracı.

      18- Ramazan / 10-Aprel-2023-cü il:

      Qədr gecəsi.

      19- Ramazan / 11-Aprel-2023-cü il: Matəm günü.

      Əmirul Möminin Əli (ə) hicri 40-cı ildə İbn Mülcəm Muradi tərəfindən vurulması.

      20- Ramazan / 12-Aprel-2023-cü il:

      2-ci Qədr gecəsi.

      21- Ramazan / 13-Aprel-2023-cü il: Mayəm günü.

      Hicri 40-cı ildə İmam Əlinin (ə) şəhadəti.

      22- Ramazan / 14-Aprel-2023-cü il:

      3-cü Qədr gecəsi.

       

      Şəvval ayı.

      1- Şəvval / 23-Aprel-2023-cü il: Bayram günü.

      Fitr bayramı.

      5- Şəvval / 27-Aprel-2023-cü il:

      Müslim bin Əqilin Kufəyə gəlişi 60-cı ildə.

      7- Şəvval  / 29-Aprel-2023-cü il: Matəm günü.

      Həmzə bin Əbdülmütəllibin hicri 3-cü ildə şəhadəti.

      8- Şəvval / 30-Aprel-2023-cü il: Matəm günü.

      Hicri 1344-cü ildə Bəqinin vəhhabilər tərəfindən dağıdılması.

      15- Şəvval / 7-May-2023-cü il:

      Hicri 7-ci ildə Günəşi Həzrət Əli (ə) üçün çevirmək möcüzəsi. Həzrət Əbdüləzim Hüsninin (ə) vəfatı hicri 252-ci ildə.

      25- Şəvval / 17-May-2023-cü il: Matəm günü.

      Hicri 148-ci ildə İmam Sadiqin (ə) şəhadəti.

       

      Zil-Qədə ayı.

      1- Zil-Qədə / 23-May-2023-cü il: Matəm günü.

      Həzrət Əbu Talib peyğəmbərliyin 10-cu ilində vəfat etdi. Başqa bir deyimdə isə Rəcəb ayının 26-da dünyasını dəyişib. Həzrət Məsumə (ə) hicri 173-cü ildə anadan olmuşdur.

      11- Zil-Qədə / 1-İyun-2023-cü il: Bayram günü.

      İmam Rza (ə) hicri 148-ci ildə dünyaya gəlib.

      25- Zil-Qədə / 15-İyun-2023-cü il:

      Dəhvul-Ərz günü:

      29- Zil-Qədə / 19-İyun-2023-cü il: Matəm günü.

      Hicri 220-ci ildə Mutəsim Abbasinin əmri ilə İmam Cavadın (ə) şəhadəti.

       

      Zil-Hiccə ayı.

      1- Zil-Hiccə  / 21-İyun-2023-cü il: Bayram günü.

      Hicri 2-ci ildə İmam Əli (ə) və Həzrət Fatimənin (s.ə) nikahı.

      7- Zil-Hiccə  / 27-İyun-2023-cü il: Matəm günü.

      Hicri 114-cü ildə İmam Baqirin (ə) şəhadəti.

      8- Zil-Hiccə / 28-İyun-2023-cü il:

      İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya hərəkəti.

      9- Zil-Hiccə / 29-İyun-2023-cü il: Matəm günü.

      Ərəfə günü. Hicri 60-cı ildə Müslim bin Əqil və Hani bin Urvənin Kufədə şəhadəti.

      10- Zil-Hiccə / 30-İyun-2023-cü il: Bayram günü.

      Qurban bayramı.

      14- Zil-Hiccə / 4-İyul-2023-cü il:

      Fədək hicrətin 7-ci ilində ayənin nazil olmasından sonra Həzrət Zəhraya (s) verilmişdir.

      15- Zil-Hiccə / 5-İyul-2023-cü il: Bayram günü.

      İmam Hadi (ə) hicri 212-ci ildə dünyaya gəlib. Başqa bir deyimdə isə ad günü 2 Rəcəbdir.

      18- Zil-Hiccə / 8-İyul-2023-cü il: Bayram günü.

      Hicri 10-cu Qədir bayramı. Hicri 35-ci ildə Osmanın öldürülməsi.

      24- Zil-Hiccə / 14-İyul-2023-cü il: Bayram günü.

      Hicrətin 9-cu ilində Peyğəmbərin (s) Nəcran xristianları ilə mübəhlə günü.

      29- Zil-Hiccə / 19-İyul-2023-cü il:

      Ömər bin Xəttab hicri 23-cü ildə öldüyü gün.

       

      Vəssəlamu ələykum rəhmətullahi və bərəkatuh.

       

      Ustad Hacı Elşən Badkubei

       

  • Salam Allah quranda firqələrə bölünməyi haram etmişdir biz indi şiə firqəsindən olmağımız necə düzgün ola bilər
    • Allahın adı ilə.

       

      Ələykuməs-Salam.

       

      Təbii. hər bir təriqətdə olduğu kimi bizdə bizdən olmayanları, bizdən ayrilanlar kimi qiymətləndiririk. lakin bir məsələni sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, heç bir rəvayərdə əhli sünnə, vəhhabi, maliki, şəfei, hənbəli, və s... bu kimi firqə adları Peyğəmbərin mübarəl dilindən eşidilməmişdir. Lakin bir çox yerlərdə O Həzrətin mebarək dilində Şiə sözü cari olmuşdur. bu o deməkdir ki, Peyğəmbərin nəzərində Yalniz Şiə adı altində olanlar var idi. digərləri sonradan meydana gələnlərdirlər. bədəndə ayrılan hər hansı bir əzaya insan deyilmir. yalnız bədənə İnsan deyə xitab olunur. beləliklə, ayrılan səbəbkardır ayrılmağa.

       

      Vəssəlamu ələykum Rəhmətullahi və Bərəkatuh.

       

      Ustad Hacı Elşən Badkubei

  • Salamun ələykum. Şeyx Səduq(rə) əməllərin cəzası kitabında Allah rəsulundan hədis nəql edirki hədisdə buyurur. O kəs ki bir qövmə rəhbərlik edə və o qövm içində ondan daha elmli və fəgih biri olsa,o qövmün işi durmadan qiyamətə qədər məhvə doğru gedər. Zəhmət olmasa hədisin mənasını deyərdiz. Öncədən təşəkkürlər
    • Allahın adı ilə.

       

      Ələykuməs-Salam.

       

      Bəli. Hücərat surəsinin ayələrinin birində bu cümlə qeyd olunmuşdur. Səsinizi Peyğəmbərin səsindən uca etməyin. bu o deməkdir ki, bir qəbilə içində rəhbərlikdə ondan savadlı kəs varsa, yəqin ki, savadlıya şərait yaradılmalıdır. Ruhanının qeyri ruhanilərin pişnaması olduğu kimi. əks təqdirdə bəli həmin qövm öz savadlılarından istifadə etməsə məhvə məhkumdur.

       

      Vəssəlamu ələykum Rəhmətullahio və bərəkatuh

       

      Ustad Hacı Elşən Badkubei

  • Salam. Nə üçün Allah daha çox cənnəti maddi nemətləri ilə təsvir etmişdir?
    • Allahın adı ilə.

       

      Ələykuməs-salam

      Qurani-Kərimdə cənnət və cəhənnəmin həm maddi, həm də mənəvi sifətləri ilə xatırlanması, onların maddi nemətlərlə vəsf edilməsi ona görədir ki, bir çox insanların onları mənəvi sifətlərlə tanıması çox çətin, hətta qeyri-mümkündür. Çünki insanların zehni daha çox maddi şeylərə öyrəşib və bu səbəbdən yüksək dərəcədə olan cənnət səlahiyyətlərini və mənəvi məfhumlarını dərk edə bilmir.

       

      Vəssəlamu ələykum Rəhmərullahi və Bərəkatuh.

       

      Ustad Hacı Elşən Badkubei

  • Salam. Namaz qılmayanlar mütləq cəhənnəmdədirmi? Çox yaxşı işlər görsələr belə?!
    • Allahın adı ilə.

       

      Ələykuməs-salam

      Dini təlimlərimizə görə, dini əməllər arasında namaz birinci ibadətdir, əgər insan namazı qəbul olunarsa, digər ibadətlər də qəbul olunur! Digər tərəfdən, Quranın açıq-aydın ayələrinə əsasən, hər kim az miqdarda yaxşılıq etsə, onun mükafatını alacaqdır. Aydındır ki, bu ayələrə əsasən, əgər tərəzidə xeyirin miqdarı daha çox olarsa, namaz qılmasa belə, nicat tapmalıdır. Demək lazımdır ki, namazı tərk etməyin iki səbəbi ola bilər. 1) Bu tərkin mütləq əzaba və cəhənnəmə səbəb olacağını ibadətlərdən biri kimi inkar etmək. 2) Amma əgər namazı tərk etmək inkardan deyil, səhlənkarlıqdan və tənbəllikdən olarsa, söhbət mövzusudur.

       

      Vəssəlamu ələykum Rəhmərullahi və Bərəkatuh.

       

      Ustad Hacı Elşən Badkubei

  • Salam. Yunus surəsində cənnət əhlinin son sözünün Allaha həmd olduğu bildirilir, cənnət əhlinin əbədi həyatı olduğunu nəzərə alsaq, bu söz nə deməkdir?
    • Allahın adı ilə.

       

      Ələykuməs-salam

      Nəcib ayənin altında qeyd olunan rəvayətlərə əsasən, bu sözün mənası budur ki, Allah tərəfindən onlara gələn hər hadisə, danışıq və ləzzətdən sonra sözlərinin sonunda Allahın onlara verdiyi nemətlərə həmd olsun demələridir. Ayənin mənası cənnətdə olduqlarının sonunda Allaha həmd etmələri deyil.

       

      Vəssəlamu ələykum Rəhmərullahi və Bərəkatuh.

       

      Ustad Hacı Elşən Badkubei

  • İnteraktiv Quran
    Quranı dinlə
    Məscidlərin Ünvanları
    Regiona görə axtar
    daxil ol >
    Günün əməlləri
    Ustad Hacı Eışən Badkubei
    Abunə ol
    Daima yenilənən dini məqalələrdən xəbərdar ol.