NAMAZIN FƏLSƏFƏSİ (1-ci hissə)
2022-12-26 14:22:23

Bismillahir-Rəhmanir-Rəhim

 

NAMAZIN FƏLSƏFƏSİ

 

İlahi! Sənə həmd olsun ki, bizləri digər məxluqlardan fərqləndirərək insan yaratdın. İlahi! Sənə təşəkküt edirik ki, bizləri digər dinlərdən fərqli olaraq, İslam dininə yönəltdin və eyni zamanda bizləri kamilləşdirərək və bizləri doğru yola hidayət etmək üçün Rəsulunun (s) əmri ilə, İslam Peyğəmbərinin (s) bizlər üçün əmanət qoyduğu Quran və Əhli-Beytinin (ə) tərəftarı və Şiəsi qərar verdin.

Allahın salamı olsun Peyğəmbərinə (ə), onun Əhli-Beytinə (ə), məsum və şibhi məsumlara və onların naiblərinə, Mərcələrə və müctəhidlərə, alim və tələbələrə və ən sonda Əhli-Beyt (ə) məktəbinə canı və malı ilə xidmət edənlərə. İlahi! Sənin lənətin Adlarını sadaladığım kəslərin düşmənlərinə qiyamət gününə qədər ardıcıl şamil olsun.

 

Namazın vacib olmasının fəlsəfəsi:

İmam Rza (ə) namazın fəlsəfəsi haqqında soruşulan məktuba cavab verdi: Namaz diqqət və Allahın Rəbbliyini etiraf etməkdir. Şirk və bütpərəstliklə mübarizə aparmaqdır. Rəbbin hüzurunda yüksəlmək ən yüksək təslimiyyət və son dərəcədə təvazökarlıqdır. Günahları etiraf etmək və keçmiş günahlardan bağışlanma diləməkdir. Hər gün alnını yerə qoymaq Rəbbə təzim etməkdir. Həmçinin, məqsəd insanların daim ayıq və diqqətli olmasıdır. Qəlbinə unutqanlıq tozu otuzdumamaqdır. Sərxoş və məğrur olmamaq, təvazökar və itaətkar olmaqdır. Din və dünya nemətlərini axtaran və maraqlanmaqdır.

Gecə-gündüz Allahı davamlı zikr etmək namaz işığında əldə edilir. Namaz insanın rəbbini, mövlasını, yaradanını unutmamasına səbəb olur, üsyan ruhu ona qalib gəlmir, Allaha olan bu diqqət və onun hüzuruna yüksəlmək insanı günahdan çəkindirir, hər cür fitnə-fəsadın qarşısını alır.

 

Namazın vacib olma səbəbi:

Hişam ibn Həkəm deyir: İmam Sadiqdən (ə) soruşdum ki, nə üçün namaz insanların işləməsinə, onların problem və ehtiyaclarına çatmasına mane olsa, onlara fiziki ağrı və əziyyət versə də, nə üçün vacib olmuşdur? Həzrət (ə) cavab verdi: İnsanlara dinin gəlişindən və onların arasında Quranın olmasından başqa bir öyüd-nəsihət verilməsəydi və Həzrət Peyğəmbərin (s) xatirəsindən məhrum qalsaydılar, əvvəlki dinlərin ardıcılları kimi eyni aqibəti yaşadılar. Onların özlərinə bir dini, bir kitabı var idi və bir neçə nəfəri öz dinlərinə dəvət edib, onun uğrunda vuruşurdular. Lakin onların getməsi ilə dinləri köhnəlmiş və yox olmuşdur. Allah-Təala müsəlmanların Həzrət Peyğəmbərin (s) adını və xatirəsini və onun dinini unutmamasını istəmirdi. Buna görə də onu yad etmək üçün gündə beş vaxt namaz qılmağı onlara vacib etdi və adını tələffüz etsinlər. Və onlardan Allahı zikr etməyi tərk etməmək üçün namaz qılıb Allahı zikr etmək istənilib

 

Dəstamazın fəlsəfəsi:

Allah Rəsulu (s) dəstəmaz fəlsəfəsi haqqında ətraflı bir rəvayətdə belə buyurmuşdur: Dəstəmazda üzü yumaq; İlahi, bu üzlə etdiyim hər bir günahı yuyacağam ki, sənə pak üzlə ibadət edim və pak alını yerə qoyum. dəstəmazda əlləri yumaq; Demək, İlahi, əlimi günahdan yudum və əlimlə etdiyim günahları təmizləyirəm. Dəstəmazda başına məsh çəkmək; Bu o deməkdir ki, İlahi, mən başımı beynimdə yetişdirdiyim hər bir batil fikirdən və xam şəhvətdən təmizləyirəm. Və o yalan fikirləri başımdan qovuram. Ayaqları məsh etmək; Bu o deməkdir ki, İlahi, mən haram yerlərə getməyi dayandırıram və bu ayağı onunla etdiyim hər günahdan təmizləyirəm.

 

 

Allah aqibətmizi xeyirli etsin. Amin.

 

Ustad Hacı Elşən Badkubei

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Ustad Hacı Eışən Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.